Bir gecədə 20-dən artıq kababxana sökülüb, insanlar işsiz qalıb

Bir gecədə 20-dən artıq kababxana sökülüb, insanlar işsiz qalıb

01-03-2024 03:05 / Bu xəbər 843 dəfə oxundu

Yasamalda uzun illərdir fəaliyyət göstərən kafe və ticarət obyektləri sökülüb.

Dünən axşam Yasamal Rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların əməkdaşları əraziyə gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıb. 

Ərazidə 20-dən artıq kafe sökülüb.

M. Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi. 

Ərazi uzun illər idi ki, "Ətçilər” kababxanaları kimi tanınırdı.

Yasamal Rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirməyib.