Bir kiloqram kartof üçün 42 qəpik rüşvət

Bir kiloqram kartof üçün 42 qəpik rüşvət

30-08-2015 03:40 / Bu xəbər 1203 dəfə oxundu

Bu ilin birinci yarısında Azərbaycan fermerləri xaricə 72.6 milyon dollarlıq tərəvəz ixrac edib. 

Bu, 2014-cü ilin eyni dövründəkindən 8.6% azdır. "Amma tərəvəz idxalı qiymət ifadəsində (14 milyon dollar) 45% artıb” - "Dövlətstatkom”dan "Turan”a bildiriblər.

Bu ilin 6 ayında 36 min 34 ton kartof ixrac edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 26.8 faiz azdır. Yerli kartofun 1 kq-ı gömrükdə 0.57 dollara rəsmiləşdirilib. Bu, ötən ilkindən 7 sent azdır. Malın hamısı Rusiyaya ixrac olunub.

Toxumluq və əmtəəlik kartof əsasən Niderland - 41 736 ton, İran 13 min ton, Almaniya (6928 ton), Belarus (209 ton), Rusiya (3407 ton), Ukrayna (1934 ton), Belçika (3184 ton), Finlandiya (226 ton), Fransa (3075 ton), Gürcüstan (286 ton), Litva (3153 ton) və Misirdən (1046 ton) idxal edilir.

Azərbaycan gömrüyündə idxal kartofunun 1 kq-ı 0.08 dollara bəyan edilir. İdxalçılar bildirir ki, hər kq üçün vergidən başqa 0.40 dollar rüşvət verirlər. Ona görə qeyri-mövsümi kartof 0.80-1.20 dollara satılır.

Bu il Azərbaycan Rusiya və Qazaxıstana 46.6 milyon dollar (+4.6%) dəyərində 53 578 ton pomidor (+6.3%) ixrac edib.

İlin birinci yarısında xiyar idxalı (9753 ton) dörd dəfə artıb. Yerli istehsalın hamısı daxili tələbata yönəldilib.

2014-cü ildə Azərbaycanda bir sıra tərəvəzlərin istehsalı azalıb. İl ərzində 819.3 min ton (-17.5%) kartof, 481.4 min ton (-3.9%) pomidor, 213.3 min ton (-2,3%) xiyar istehsal olunub.

Arqument.Az