Bu dairə seçki komissiyasının sədri dəyişir, vəzifə iş adamına həvalə oluna bilər
05-03-2024 16:04 / Bu xəbər 747 dəfə oxundu
Yaxın vaxtlarda 65 saylı Salyan-Biləsuvar-Neftçala Dairə Seçki Komissiyasının sədri Səlamət Kərimovun vəzifəsindən azad ediləcəyi bildirilir.
Pravda.az-ın xəbərinə görə, həmin vəzifənin Salyandan olan iş adamı, komissiyanın üzvü Cəbrayılov Qəhrəman Bahadir oğluna həvalə ediləcəyi gözlənilir.
O, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi (2003–2020-ci illərdə), general-polkovnik Vaqif Axundovun qohumudur.
Hazırda Q.Cəbrayılovun "Kür" oteli və şadlıq sarayına rəhbərlik etdiyi deyilir.
Q.Cəbrayılovla əlaqə saxlasaq da, zənglərə də, ünvanlanan sorğuya da cavab verməyib.
Fevralın 7-də keçirilmiş prezident seçkiləri zamanı 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 9 saylı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkarlanmışdı.
Nəticədə MSK-nın qərarı ilə məntəqə buraxılıb.