Bu gün 76 nəfərdə koronavirus aşkarlanıb

Bu gün 76 nəfərdə koronavirus aşkarlanıb

05-05-2020 22:51 / Bu xəbər 1005 dəfə oxundu

Daha 28 nəfər sağalaraq evə buraxılıb

Mayın 5-də Azərbaycanda 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Məlumata görə, daha 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək Azərbaycanda 2060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164.481 test aparılıb.