Üç rayonun ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanında uğursuz nəticə göstərib

Üç rayonun ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanında uğursuz nəticə göstərib

06-07-2023 11:53 / Bu xəbər 816 dəfə oxundu

"Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanın birinci mərhələsində uğursuz olub”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” tədbirində deyib.

Nazir qeyd edib ki, Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşerov və Siyəzən isə ümumi orta bal göstəricisinə görə liderdir: "Onlarda orta bal 40+dur”.(Report)