Ceyhun Bayramov Nazim Bəydəmirlini niyə unudub?
08-04-2024 13:59 / Bu xəbər 785 dəfə oxundu
Azərbaycan Xarici İşlər Nazirliyinin Haaqada saxlanılan ətraf mühit fəalı ilə bağlı bəyanatı Azərbaycanda birmənalı qarşılanmayıb.
XİN öz bəyanatında Niderland hakimiyyətinə çağırış edərək tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahat olduğunu bildirib, iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırıb.
Nazirliyin bu bəyanatının sosial şəbəkələrdə tənqid olunmasına səbəb isə Azərbaycanda çoxsaylı jurnalistlərin, siyasi fəalların və ekologiya məhbusu Nazim Bəydəmirlinin həbsdə olmasıdır.
Azərbaycanın xarici işlər naziri cənab Ceyhun Bayramov əslən Gədəbəy rayonundandır.
O, həmyerlisi, köhnə tanışı və doğulduğu rayonun sabiq deputatı Nazim Bəydəmirlinin Söyüdlü kəndindəki baş verən ekoloji fəlakətə vətəndaş mövqeyi sərgilədiyini və buna görə həbs edildiyini də bilməmiş deyil.
Bəyanatı bir yana qalsın, şəxsi nüfuzu və əlaqələrindən istifadə edərək Nazim Bəydəmirlinin azadlığa çıxması üçün təşəbbüs də göstərməyib.
Hələ Söyüdlüdə sadə insanlara qarşı baş verənlər, saxlanan çoxsaylı sakinlərin azadlığa çıxması üçün Gədəbəydən olan ziyalıların da müraciətləri Ceyhun Bayramov tərəfindən qulaqardına vurulub.
Mənbə: "Gununsesi.info"