“CinemaPlus”da milli filmlər pulsuz nümayiş olunacaq
28-07-2023 21:54 / Bu xəbər 989 dəfə oxundu
Hər il avqustun 2-si Azərbaycanda kino işçilərinin peşə bayramı - Milli Kino Günü qeyd edilir.
Bu il Azərbaycan kinosunun 125, "Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə "CinemaPlus” premium kinoteatrlar şəbəkəsində "Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” təşkil olunacaq.
Avqustun 3-dən 10-dək davam edəcək tədbir Mədəniyyət Nazirliyi, Kino Agentliyi və "Azərbaycanfilm” kinostudiyası ilə birgə təşkil edilib.
Retrospektiv baxış müddətində "CinemaPlus” kinoteatrlar şəbəkəsində "Arşın mal alan”, "Bəxtiyar”, "O olmasın, bu olsun”, "Ögey ana”, "Uzaq sahillərdə”, "Əhməd haradadır?”, "Sehrli xalat”, "Bir cənub şəhərində”, "Bizim Cəbiş müəllim”, "Şərikli çörək”, "Axırıncı aşırım”, "Gün keçdi”, "Nəsimi”, "Əzablı yollar”, "Evlənmək istəyirəm”, "Bəyin oğurlanması”, "Cin mikrorayonda”, "Atları yəhərləyin”, "Süd dişinin ağrısı”, "Yaramaz”, "Ölsəm... bağışla” filmləri pulsuz nümayiş olunacaq.
Filmlərə giriş sərbəstdir.
Ülviyyə