Cozef Borel: "Əliyevin ərazi iddiaları narahatlıq dogurur"

Cozef Borel:

23-01-2024 11:56 / Bu xəbər 592 dəfə oxundu

"Prezident Əliyevin son  ərazi iddiaları böyük narahatlıq doğurur. Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir və Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”.

Bunu bazar ertəsi axşam Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel Brusseldə deyib.

O, Aİ Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında çıxış edib.

Borelin sözlərinə görə, Aİ üzvü olan ölkələr hesab edir ki, Azərbaycan Ermənistanla substantiv danışıqlara və münasibətlərin normallaşmasına qayıtmalıdır.

O həmçinin qeyd edib ki, Aİ ölkələri diplomatları qovulmuş (Azərbaycandan) Fransa ilə həmrəylik ifadə edir.