Cozep Borel Əliyev-Paşinyanın görüşünün yekunlarını alqışladı

Cozep Borel Əliyev-Paşinyanın görüşünün yekunlarını alqışladı

01-09-2022 17:24 / Bu xəbər 1087 dəfə oxundu

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel Brüsseldə Əliyev-Paşinyanın görüşünün yekunlarını alqışlayıb.

O, bu barədə özünün "Tvitter" hesabında yazıb.

"Sülh müqaviləsi istiqamətində işi,  humanitar və kommunikasiya sahələrində səyləri davam etdirmək vacibdir", - deyə Cozep bildirib. 

Diplomat Cənubi Qafqazda sülhü dəstəklədiklərini ifadə edib: "Avropa İttifaqı dinc, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın dəstəklənməsi prosesinə tam cəlb olunub".