CPJ: Hakimiyyət “Abzas Media” əməkdaşlarının üzərindən bütün ittihamları götürməlidir

CPJ: Hakimiyyət “Abzas Media” əməkdaşlarının üzərindən bütün ittihamları götürməlidir

21-08-2024 13:01 / Bu xəbər 634 dəfə oxundu

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətini "Abzas Media” nəşrinin jurnalistlərilə bağlı bütün ittihamları götürməyə və onları azad etməyə çağırıb.

"Müstəntiqlər "Abzas Media” nəşrinin jurnalistlərinə iqtisadi cinayətlərlə əlaqədar yeddi yeni iqtisadi ittiham irəli sürüblər. "Abzas Media”nın həbsdə olan araşdırmaçı jurnalistlərinə qarşı yeni ittihamların irəli sürülməsilə bağlı Azərbaycan hakimiyyətinin hərəkətləri yüksək vəzifəli məmurların korrupsiyasını cəsarətlə ifşa edən nəşrin təqibinin arxasında duran qisasçı impulsun sübutudur", - Jurnalistləri Müdafiəsi Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib.

"Hakimiyyət bütün ittihamları "Abzas Media” işçilərinin üzərindən götürməli və Qərbdən maliyyə dəstəyi alması ehtimal olunan bütün jurnalistləri dərhal azad etməlidir", - o deyib.

2023-cü ilin noyabrından 2024-cü ilin yanvarına qədər polis "Abzas Media”nın direktoru Ülvi Həsənlini, baş redaktor Sevinc Vaqifqızını, layihənin koordinatoru Məhəmməd Kekalovu və reportyorlar Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımovanı valyuta qaçaqmalçılığı ittihamı ilə həbs edib.

Bu jurnalistlər valyuta qaçaqmalçılığında ittiham olunan dörd müstəqil KİV-in 13 media işçisi arasındadır. 

Bu ittihamlar Azərbaycanla Qərb arasında münasibətlərin pisləşməsi fonunda Qərb donorları tərəfindən ehtimal olunan maliyyələşmədə özünü göstərib.