DÇ-2022: Yaponiya İspaniyanı məğlub edərək, növbəti mərhələyə çıxıb
02-12-2022 01:15 / Bu xəbər 1464 dəfə oxundu
Almaniya mundialla erkən vidalaşıb
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün daha 2 qrupda mübarizəyə yekun vurulub.
E qrupunda İspaniya millisi Yaponiya ilə, Almaniya isə Kosta Rika ilə qarşılaşıb.
Bu qrupda mundialın sensasiyası yaşanıb.
Yaponlar turnirin favoritlərindən olan İspaniya millisini 2:1 hesabı ilə məğlub etməklə, qrup qalibi kimi 1/8 finala çıxıb.
Almaniya Kosta Rika üzərində 4:2 hesablı qələbə qazansa da, bu, onların qrupdan çıxmasına kömək etməyib.
Xal: Yaponiya – 6, İspaniya – 4, Almaniya – 4, Kosta Rika – 3
F qrupunda Kanada Mərakeşi, Xorvatiya Belçikanı sınağa çəkib.
Kanada millisinin DÇ-2022 ilə vidalaşması daha əvvəldən məlum idi.
Qrupdakı digər üç komanda isə 1/8 finala iki vəsiqə uğrunda mübarizə aparıb.
Mərakeşlilər Kanadaya qalib gəlməklə, qrup lideri kimi növbəti mərhələyə yüksəlib.
Xorvatiya isə Belçika ilə qolsuz heç-heçə sayəsində qrup ikincisi kimi 1/8 finala "bilet” alıb.
Xal: Mərakeş – 7, Xorvatiya – 5, Belçika – 4, Kanada – 0
Daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıblar.
DÇ-2022, 3-cü tur
2 dekabr
H qrupu
19:00. Cənubi Koreya – Portuqaliya ("Edyukeyşn Siti” stadionu)
19:00. Qana – Uruqvay ("Al Janub” stadionu)
G qrupu
23:00. Kamerun – Braziliya ("Lusail” stadionu)
23:00. Serbiya – İsveçrə (Stadion 974)