Daha 1359 nəfər inzibati məsuliyyətə cəlb edildi

Daha 1359 nəfər inzibati məsuliyyətə cəlb edildi

10-04-2020 13:05 / Bu xəbər 1220 dəfə oxundu

Azərbaycanda daha 1359 nəfər inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.

Məlumata görə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 09.04.2020-ci il saat 00:00-dan 10.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1359 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 11318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.