Daha bir hərbçinin nəşi tapıldı

Daha bir hərbçinin nəşi tapıldı

31-05-2021 17:12 / Bu xəbər 890 dəfə oxundu

İkinci Qarabağ müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu məlum olub.

Bu barədə mayın 31-də "Report" məlumat verib.

Neftçala rayonundan olan əsgər Məmmədağa İmanovun nəşi tapılıb.

Onun sabah Neftçala şəhər Şəhidlər xiyabanında dəfn olunacağı gözlənilir.

M.İmanov 2001-ci il aprelin 4-də Neftçala rayonunun Dalğa kəndində anadan olub.