Daha bir məmur oğlu bahalı avtomobillə qəza törətdi

Daha bir məmur oğlu bahalı avtomobillə qəza törətdi

28-08-2017 00:20 / Bu xəbər 1540 dəfə oxundu

Ağdaş rayon icra hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu ağır yol qəza hadisəsi törədib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gecə saat 2 radələrində baş verib.

Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı "Infiniti” markalı avtomobili yüksək sürətdə idarə edərkən qəza törədib. Nəqliyyat vasitəsi əvvəlcə mağazaya çırpılıb, daha sonra işıq dirəyini yerindən qoparaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib.

Sürücünün hadisə zamanı içkili vəziyyətdə olduğu bildirilir.

Məmur oğlunun hazırda heç bir yerdə işləmədiyi, əvvəllər polis sistemində çalışdığı deyilir.