Deputat: “Sanksiyaların qarşısını almaq üçün Paşinyanı Bakıya dəvət etmək olar”

Deputat: “Sanksiyaların qarşısını almaq üçün Paşinyanı Bakıya dəvət etmək olar”

07-05-2024 17:13 / Bu xəbər 764 dəfə oxundu

Milli Məclisin üzvü Zahid Oruc Azərbaycanı ABŞ Konqresinin sanksiyalarından qorumaqdan ötrü "çıxış yolu"nu tapıb.

Bu barədə "Turan" xəbər yazıb.

Bildirilir ki, çərşənbə axşamı plenar iclasda çıxış edərkən Ermənistanın Baş naziri Paşinyanı Bakıya dəvət etməyi təklif edib: "Siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbaycana yolu birdəfəlik bağlansın".

Onun sözlərinə görə, ABŞ Konqresində sanksiyalar ideyası 1992-ci ildə 907-ci düzəlişə təşəbbüs göstərən qruplardan gəlir.