DSX gizirin intihar etdiyini bildirir
11-05-2022 13:29 / Bu xəbər 2065 dəfə oxundu
Tərlan Əlizadənin yaşadığı evdə özünü öldürdüyü deyilir
Dövlət Sərhəd Xidmətinin (DSX) giziri Tərlan Əlizadənin intihar etdiyi bildirilir.
Ağstafada hərbi xidmət keçən gizirin mayın 10-da yaşadığı mənzildə özünü öldürdüyü qeyd olunub.
Bu barədə DSX məlumat yayıb.
Bildirilir ki, Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin giziri Tərlan Əlizadə yaşadığı xidməti mənzildə intihar edib.
Faktla bağlı prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirlərinin həyata keçirildiyi vurğulanıb.












