DTX-nin həbs etdiyi sabiq baş həkim məhkəməyə müraciət edib
12-08-2024 11:47 / Bu xəbər 520 dəfə oxundu
Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) keçirdiyi əməliyyat zamanı həbs edilən Neftçala Mərkəzi Rayon Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov məhkəməyə müraciət edib.
Bu barədə "Report" xəbər yayıb.
Bildirilir ki, sabiq baş həkim müraciətində saxlandığı ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini istəyib.
Onun müraciətinə müraciətinə yaxın günlərdə Xəzər rayon Məhkəməsində baxılacaq.
Telman Zahidov 2020-ci ildə DTX-nin Neftçalada keçirdiyi əməliyyat zamanı saxlanılıb.
O, mənimsəmədə, vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Şirvan Apelyasiya Məhkəməsində onun cəzası 6 ilə, Ali Məhkəmə tərəfindən isə cəzası 5 il 6 aya salınıb.
Telman Zahidovun 1 il çəkilməmiş cəzası qalıb.