Əhməd Əhmədov kassasiya şikayəti verib, həbsdən çıxmaq istəyir
20-12-2022 00:10 / Bu xəbər 810 dəfə oxundu
Sabiq nazir səhhətində problem olduğunu deyir
Naxçıvanın keçmiş daxili işlər naziri Əhməd Əhmədov Ali Məhkəməyə kassasiya şikayəti verib.
Sabiq nazir kassasiya şikayətində vurğulayıb ki, səhhətində ciddi problemlər var, bu səbəbdən xeyli vaxtdır müalicə müəssisəsində saxlanılır.
Əhməd Əhmədov bu və başqa məqamların nəzərə alınmasını, həbsdən buraxılmasını xahiş edib.
Sabiq nazirin kassasiya şikayətinə nə vaxt baxılacağı məlum deyil.

Əhməd Əhmədov
Foto: arxiv
Əhməd Əhmədov 17 il (2000-2017) Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində işləyib.
O, 2020-ci ilin əvvəlində Bakıda həbs olunsa da, Naxçıvanda mühakimə edilib.
Xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma və s. ittihamlarla təqsirli bilinən sabiq nazir 11 il azadlıqdan məhrum edilib.
Əhməd Əhmədov apelyasiya şikayəti versə də, hökm dəyişməyib.












