Ekofəal saxlanılıb

Ekofəal saxlanılıb

30-11-2021 19:25 / Bu xəbər 387 dəfə oxundu

Ekofəal Kamran Məmmədli Bakı Zooloji Parkının qarşısında etiraz aksiyasına cəhd edib.

Bu barədə Kamran Məmmədli Feysbuk hesabında məlumat yayıb.

O, vəhşi təbiətə aid olan heyvanları zooloji parkda saxlanmasına etiraz etdiyini bildirib. 

Ekofəal əlində "Heyvan həbsxanası” sözləri yazılmış plakatı tutaraq bəyanat səsləndirməyə cəhd edib. 

Bundan sonra o, polis əməkdaşları tərəfindən zooloji parkının inzibati ərazisinə aparılıb, plakatı əlindən alınıb.

Bir neçə dəqiqədən sonra oradan çıxarılan və polis polis maşınına mindirilən fəal jurnalistlərə saxlanılma zamanı fiziki təzyiqə məruz qaldığını və polis bölməsinə aparıldığını deyib.