Elçibəyin köməkçisinin tutdurduğu partiya sədri ev dustaqlığına buraxıldı

Elçibəyin köməkçisinin tutdurduğu partiya sədri ev dustaqlığına buraxıldı

05-07-2023 17:53 / Bu xəbər 758 dəfə oxundu

Nərimanov Rayon Məhkəməsi Azərbaycan Yüksəliş Partiyasının (AYP) sədri Anar Əsədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
 
Xəbəri APA yayıb. 

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Əsədlinin vəsatəti təmin edilib, onun barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığına buraxılıb.

İş üzrə çərərkən 4 nəfərdən üçünün zərəri tam, yerdə qalan bir nəfərə isə zərər qismən ödənilib.

Partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. 

Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
 
Ondan əsas şikayətçilərdən biri isə keçmiş prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov olub. 

Oqtay Qasımov Anar Əsədlinin ondan külli miqdarda pul aldığını və qaytarmadığını deyirdi.