Əli Əsədov yenidən Baş nazir oldu

Əli Əsədov yenidən Baş nazir oldu

16-02-2024 19:54 / Bu xəbər 775 dəfə oxundu

Parlament Prezidentin təqdimatını təsdiqləyib

Fevralın 16-da Milli Məclisin iclası olub. İclasda Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə edilib. 

Prezident İlham Əliyev Baş nazir postuna yenidən Əli Əsədovun namizədliyini verib. Əli Əsədovun namizədliyinin irəli sürülməsini spiker Sahibə Qafarova elan edib.

Milli Məclis Prezidentin təqdimatına əsasən, Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib. 

Deputatlardan yalnız biri qərarın əleyhinə olub.

Əli Əsədov 2019-cu ildən Azərbaycanın Baş naziridir.

Bu ay yenidən Prezident seçilən İlham Əliyev isə ölkəyə 21 ildir rəhbərlik edir.

Əli Əsədov 1956-cı ildə dünyaya gəlib. Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. 

1995-2000-ci illərdə ölkə parlamentinin deputatı olub.

Konstitusiyaya əsasən, Baş nazir təyin edildikdən sonra Prezident hökuməti özü, parlamentlə razılaşdırmadan formalaşdırır.