Əli Kərimli Peter Mixalko ilə insan hüquqları məsələsini müzakirə edib
08-05-2024 13:38 / Bu xəbər 743 dəfə oxundu
Mayın 7-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko arasında görüş olub.
Bu barədə Əli Kərimli "X" platformasında yazıb.
"Səfir Peter Mixalko ilə görüşdə Azərbaycan - Avropa əlaqələrini, Azərbaycanın Avropa İttifaqına inteqrasiya perspektivlərini müzakirə etdim. Cənab Mixalko ilə bugünkü görüşdə həmçinin ölkəmizdəki siyasi məhbus, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, seçki islahatı problemlərini də müzakirə etdik”, - deyə o qeyd edib.
AXCP-nin daxil olduğu Milli Şura mayın 19-da Avropaya inteqrasiya, siyasi məhbuslara azadlıq və digər tələblərlə mitinq keçirmək barədə qərar qəbul edib.
Bundan öncə iki dəfə Milli Şuranın mitinq keçirmək barədə müraciətinə Bakı meriyası razılıq verməyib.