Elman Rüstəmova yeni vəzifə verildi

Elman Rüstəmova yeni vəzifə verildi

13-04-2022 13:50 / Bu xəbər 1558 dəfə oxundu

Elman Rüstəmov Baş nazirin müşaviri təyin olunub.

Məlumatı Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.
 
Bildirilir ki, bununla bağlı bu gün Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Aprelin 11-də Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilib.

Elman Rüstəmov 1995-ci ildən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri olub.