"Elmar Hüseynov sağ olsaydı, həbsdə olardı" - VİDEOREPORTAJ
17-07-2017 23:29 / Bu xəbər 1404 dəfə oxundu
Bu gün, 17 iyul jurnalist, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür.
Yaşasaydı 50 yaşı tamam olacaqdı.
Hüseynov 2005-ci il martın 2-də yaşadığı mənzilin önündə qətlə yetirilmişdi.
12 il keçməsinə baxmayaraq, hələ də bu cinayətin qatil və sifarişçiləri tapılmayıb.
Bu gün bir qrup siyasətçi, vətəndaş cəmiyyəti fəalı və jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edib.
Toplum TV jurnalistin anım günündən hazırlanmış videoreportajı təqdim edir:












