Əmanətlərin Sığortalanması Fondu son beş ayda 1,2 milyonluq vergi borcunu ödəməyib
04-11-2023 20:39 / Bu xəbər 1041 dəfə oxundu
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) vergi borcu 1,2 milyon manatı ötüb.
"Valyuta.az"ın araşdırmasına görə, noyabr ayının 3-nə qurumun yığılmış vergi borcu 1 milyon 213 min 859 olub.
Bu isə may ayı ilə müqayisədə 6,4% çoxdur.
Belə ki, bu ilin may ayında Fondun vergi borcu 1 milyon 140 min 405 manat təşkil etmişdi.
Vergilər Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.
Maraqlıdır ki, ƏSF həmçinin, son 2 il üzrə maliyyə və audit olunmuş illik hesabatlarını açıqlamır.
Fondunun sonuncu illik hesabatı 2020-ci ilə aiddir.
Bu isə bankların ləğvetmə prosesini həyata keçirən qurumun fəaliyyətində şəffaflıq məsələsini şübhə altına alır.