Çempionlar Liqası: 1/4-də "Real" - "Liverpul" dueli
19-03-2021 15:48 / Bu xəbər 3526 dəfə oxundu
Bu gün UEFA Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələsinin püşkü atılır.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə turnirin 1/4 finalına iştirak edəcək 8 komanda 4 cütlük müəyyənləşdirib.
1/4 finalın ilk oyunları 6-7 apreldə, cavab qarşılaşmaları isə 13-14 apreldə gerçəkləşəcək.
Yarımfinalın ilk görüşləri 27-28 apreldə, cavab qarşılaşmaları 4-5 mayda olacaq.
Final matçı mayın 29-da İstanbulda keçiriləcək.
Çempionlar Liqası
1/4 final
1. Mançester Siti (İngiltərə) - Borussiya (Dortmund, Almaniya)
2. Portu (Portuqaliya) - Çelsi (İngiltərə)
3. Bavariya (Almaniya) - PSJ (Fransa)
4. Real (İspaniya) - Liverpul (İngiltərə)
1/2 final
A. 3-cü cütün qalibi - 1 cütün qalibi
B. 4-cü cütün qalibi - 2-ci cütün qalibi
Final
A - B