Epilepsiya xəstəsinin pensiyasını bərpa etməyə pul istəyirlər
05-06-2023 13:12 / Bu xəbər 562 dəfə oxundu
Epilepsiya xəstəsi olan Lənkəranın Təngivan kənd sakini Mirzəyeva Arəstənin pensiyası 1 ildir kəsilib.
Halbuki 10 il pensiya alan Arəstə Mirzəyeva pensiyasının bərpa olunması üçün ondan pul olunduğunu deyir.
Onun sözlərinə görə, Lənkəran Mərkəzi Xəstəxanasından pensiyasını bərpa etmək üçün ondan pul istəyirlər: "Pulum olmadı verməyə”.
Lakin Lənkəran Mərkəzi Xəstəxanasının verdiyi rəylərdə onun Arəstə Mirzəyevanın xəstəliyi ağır qiymətləndirilib.