Ermənistanda azərbaycanlı əsirlərə ittiham irəli sürülüb
17-04-2023 13:55 / Bu xəbər 745 dəfə oxundu
Aprelin 17-də Yerevan məhkəməsi aprelin 10-da Naxçıvan tərəfdən Ermənistan sərhədini keçən iki azərbaycanlı əsgəri həbs edib.
Ermənistan Baş Prokurorluğunun məlumatına görə, Aqşin Bəbirov və Hüseyn Axundova qarşı sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq, qanunsuz silah və döyüş sursatı dövriyyəsi ittihamı ilə cinayət işi açılıb.
Bəbirov axşam saatlarında Sünik vilayətinin Bnunis kəndinə keçib və yerli sakinlərdən kömək istəyib.
Axundov isə aprelin 13-də Qafan şəhəri yaxınlığında saxlanılıb.
Onu döyüblər, təhqir edərək videoya çəkiblər, sonra İnternetdə yerləşdiriblər.












