Əsirlikdə olan Amin Musayev vətənə qaytarıldı (FOTO)

Əsirlikdə olan Amin Musayev vətənə qaytarıldı (FOTO)

14-12-2020 22:55 / Bu xəbər 737 dəfə oxundu

Vətən Müharibəsində Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayevin əsirlikdən qaytarılması ilə bağlı məlumat yayılıb.

Bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

Fotodan görünür ki, əsirlikdən qaytarılmış hərbçimiz həkim nəzarəti altındadır.

Amin Musayevin ailəsi onun qaytarılması xəbərini Oxu.Az-a təsdiqləyib.