Fazil Mustafa istintaqa ifadə verdi

Fazil Mustafa istintaqa ifadə verdi

19-04-2023 11:51 / Bu xəbər 794 dəfə oxundu

Silahlı hücuma qalan Milli Məclisin deputatı Fazil Mustafa istintaqa ifadə verib. 

Bu barədə Lent.az-a millət vəkilinin özü məlumat verib. 

Ona qarşı törədilən terrorla bağlı hələlik heç bir yeniliyin olmadığını dilə gətirən F.Mustafa istintaqın gedişini gözlədiyini deyib: "Bu barədə bilgim yoxdur. Hələlik mənə heç bir açıqlama verilməyib. Zərərçəkmiş şəxs kimi mənim ifadəmi alıblar. Qalan məsələlərlə bağlı məlumatım yoxdur. İstintaqı gözləyirəm".  

Martın 28-i saat 21:51 radələrində Milli Məclisinin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında "Kalaşnikov” avtomat silahından atəş açılıb. 

Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. 

Ona zəruri tibbi xidmətlər göstərilib.

Hadisəni tərətməkdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb.