“Fənərbaxça” uzun fasilədən sonra liderliyə yüksəldi (VİDEO)

“Fənərbaxça” uzun fasilədən sonra liderliyə yüksəldi   (VİDEO)

21-04-2015 01:50 / Bu xəbər 1911 dəfə oxundu

Türkiyə Superliqasının 27-ci turunun son qarşılaşması “Fənərbaxça” və “Bursaspor”arasında baş tutub.

Azxeber.com-un məlumatına görə, oyun ərzində tam olaraq üstünlüyü əlinə alan ev sahibləri meydandan qalibiyyətlə ayrıla biliblər. 

Belə ki, “Fənərbaxça”ya qələbəni qazandıran qol 84-cü dəqiqədə Piyer Vebodan gəlib. Rəqibini 1-0 hesabı ilə məğlub olan sarçı-mavilər bu nəticə ilə, uzun fasilədən sonra liderliyə yüksəliblər.