“Fənərbaxça” “Trabzonspor”un uğurlu seriyasını qırıb
01-03-2021 00:12 / Bu xəbər 5759 dəfə oxundu
Türkiyə Super Liqasında XXVII tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, qapanış matçı mərkəzi oyunla yadda qalıb.
Çempionluğa iddia edən və turnir cədvəlində qonşu olan "Fənərbaxça” ilə "Trabzonspor” ikincilərin meydanında üz-üzə gəlib. Son 11 oyunda məğlubiyyət üzü görməyən (10 qələbə, 1 heç-heçə) və ardıcıl 8 görüş idi qələbələri sıralayan "bordo-mavililər”in seriyası Trabzonda qırılıb.
Bundan əvvəlki 4 matçın 3-də uduzan "Fənərbaxça” çətin səfərdən 3 xalla dönməyə müvəffəq olub. Komandaya qələbə qazandıran yeganə qola 76-cı dəqiqədə Dimitrios Pelkas imza atıb.
Bu qalibiyyət sayəsində xallarının sayını 54-ə çatdıran "Fənərbaxça” "Beşiktaş”la birlikdə 2-3-cü yerləri bölüşdürür.
"Trabzonspor” isə 48 xalla 4-cüdür. Super Liqaya 57 xalla "Qalatasaray” liderlik edir.