Gəncədə xəstəxanada yanğın: 1 ölü, 50 yaralı

Gəncədə xəstəxanada yanğın: 1 ölü, 50 yaralı

26-04-2023 12:48 / Bu xəbər 1019 dəfə oxundu

Həyatını itirən şəxs xəstəxanada müalicə alanlardan biridir

Gəncə şəhərindəki Abbas Səhhət adına 1 saylı xəstəxanada yanğın baş verib. Xəstəxanada müalicə olunan şəxslərdən biri yanğın nəticəsində həyatını itirib.

Meydan TV-yə 50-yə yaxın yaralının olduğu bildirilib. 

Hadisə aprelin 26-da səhər saatlarında baş verib. Məlumatı Gəncə şəhər Prokurorluğu da təsdiqləyib.

"İlkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib”, – prokurorluqdan bildirilib.

Yanğın nəticəsində ölənin kimliyi də açıqlanıb. O, xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova olub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.