Gənclər yeni təşkilat yaratdılar
25-07-2023 21:12 / Bu xəbər 1630 dəfə oxundu
Bir qrup gənc Vətəndaş Cəmiyyəti sahəsində yeni təşkilat yaradıb.
Bu barədə "Arqument.az"a təşkilatın həmtəsisçilərindən Elvin Baxşalızadə məlumat verib.
"Parlaq Gənclik" adlı qeyri-hökumət təşkilatı istisadi və sosial yöndə olan problemlərə diqqət ayıracaq.
Gənclərdən ibarət QHT-ni Elvin Baxşalızadə, Aytən Nərimanova, Elvin Səmədzadə, Nigar Məmmədzadə, Nigar Lezimli və Həsən Pirmuradov təsis ediblər.
Elvin Baxşalızadə onu da qeyd edib ki, təşkliat ölkənin iqtisadi mənzərəsinin şəffaflaşdırılması yönündə iqtisadi təhlil və araşdırmalar, hesabatlar hazırlayacaq.