Goldman Sachs: Neftin qyməti 20 dollara düşəcək
21-11-2015 22:00 / Bu xəbər 1447 dəfə oxundu
Neftin qiyməti 20 dollara düşə bilər. Buna səbəb bazarda neft bolluğudur. Belə bir açıqlama ilə dünyada məşhur investisiya bankı Goldman Sachs-ın ekspertləri çıxış edib.
Analitiklərin sözlərinə görə, bazarda neft gözlənildiyindən xeyli artıqdır və belə situasiya 2016-cı ildə də davam edəcək. Bu səbəbdən də neftin qiymətinin aşağı salınması qərara alınıb.
2016-cı il üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnoz 62 dollardan 49,5 dollara salınıb. Lakin hasilat templəri dəyişməsə, neftin qiyməti bir qədər də aşağı enərək 20 dollara çatacaq.
azadlıq.info












