Gürcüstan Prezidentinin impiçmenti baş tutmadı

Gürcüstan Prezidentinin impiçmenti baş tutmadı

18-10-2023 17:52 / Bu xəbər 991 dəfə oxundu

""Gürcü arzusu” məni yox, ölkənin Avropaya istiqamətini impiçment etmək istəyir”

Oktyabrın 18-də Gürcüstan parlamentində Prezident Salome Zurabişvilinin impiçmenti baş tutmayıb.

Hakim "Gürcü arzusu” Partiyasının təklifini parlamentin minimum 100 üzvü əvəzinə, cəmi 86 deputat dəstəkləyib.

Prezident özü impiçment prosedurunu ədalətsiz hesab edib: "Mən burada aşkar olanı sübut etmək fikrində deyiləm. Mən Konstitusiyanın nə mahiyyətini, nə də ruhunu pozmuşam”.

Onun sözlərinə görə, "Gürcü arzusu” onu yox, ölkəni və onun Avropaya istiqamətini impiçment etmək istəyir.

Oktyabrın 16-da Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin impiçmenti ilə bağlı müraciəti təmin edib.

Məhkəmə bəyan edib ki, Gürcüstan Prezidenti 2023-cü il avqustun 31-də, 1 və 6 sentyabrda xaricə işgüzar səfərləri zamanı hökumətin razılığı olmadan beynəlxalq münasibətlər sahəsində nümayəndəlik funksiyalarını yerinə yetirib.

Bununla da, prezidentin Konstitusiyanın 52-ci maddəsini pozduğu bildirilir.

Konstitusiya Məhkəməsinin doqquz hakimindən üçü fərqli rəy verib.

Yekunda qərar 6 səslə qəbul edilib.