Göyçayda icra başçısı kimdir: Mehdi Səlimzadə, yoxsa sürücüsü?

Göyçayda icra başçısı kimdir: Mehdi Səlimzadə, yoxsa sürücüsü?

27-02-2019 15:14 / Bu xəbər 7239 dəfə oxundu

Sosial şəbəkələrdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin iş otağından fotolar paylaşılıb.

Bu fotoları paylaşan isə qardaşı oğlu və sürücüsü Toğrul Səlimzadədir.

Fotolardan göründüyü kimi Toğrul Səlim icra başçısının otağında, xidməti stolunda əyləşərək müxtəlif pozalarda şəkillər çəkib. 

Sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən bu şəkillərə müxtəlif şərhlər yazılıb. 

Şəbəkə istifadəçiləri icra başçısı Mehdi Səlimzadəni vəzifəsinə məsuliyyətsiz yanaşmaqda ittiham ediblər. 

Onlar hesab edirlər ki, Mehdi Səlimzadəyə "Nar paytaxtı" kimi tanınan rayonu etibar edilməsi düzgün olmayıb. 

"İcra başçısı iş otağını və kreslosunu urvatsız etməklə rayona necə rəhbərlik etdiyini ortaya qoyub", - şərhlərdə belə yazılıb. 
 
Göyçay Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirilməyib.