İcra başçısının müavini qəbristanlıqda obyekt tikdirib (FOTOLAR)

İcra başçısının müavini qəbristanlıqda obyekt tikdirib (FOTOLAR)

15-03-2019 00:12 / Bu xəbər 1779 dəfə oxundu

Qusar rayonunda yerləşən xristian qəbristanlığının ərazisi məmurlar və müxtəlif şəxslər tərəfindən zəbt edilib.

Bu barədə Qaynarinfo-ya rayondan məlumat verilib.

Məlumatda bildirilir ki, zəbt olunan qəbristanlıq ərazisində evlər və kommersiya obyektləri tikilib.

Qəbristanlıq ərazisini zəbt edənlərdən biri rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayevdir. 

Başçı müavini qəbristanlığın təxminən 30 sotluq ərazisində obyekt inşaa etdirib. Həmin ərazidə müxtəlif kommersiya obyektləri tikilərək istifadəyə verilir.

Daha bir məmur isə ərazidə iki mərtəbəli restoran inşaa etdirib. Həmin şəxsin adı məlum deyil, amma məmur olduğu deyilir.

Hazırda məzarlıq ərazisində tikinti işləri davam edirilir. Ərazi mişar daşları ilə hasara alınıb.

Qəbristanlıq özü isə hazırda baxımsız vəziyyətdədir və məzarların bir çoxu dağılıb. 

Qusar Rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət bildirməyiblər.