Göyçay İH-nin vəzifəli şəxsləri ev dustaqlığına buraxılıb

Göyçay İH-nin vəzifəli şəxsləri ev dustaqlığına buraxılıb

31-05-2022 16:03 / Bu xəbər 793 dəfə oxundu

Göyçay rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev və Göyçay şəhər icra nümayəndəsi Rəşad Şükürov barəsindəki həbsqətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

APA-nın xəbərinə görə, Binəqədi Rayon Məhkəməsi vəkillərin vəsatətlərini əsaslı hesab edib.

Məhkəmənin qərarı ilə Vahid İsayev və Rəşad Şükürov barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Bildirilir, hazırda iş üzrə istintaq davam etdirilir.

Hər iki vəzifəli şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən yoxlama tədbirləri nəticəsində tutulub.

Vahid İsayev və Rəşad Şükürov Göyçay Rayon İcra Hakimiyyətindəki qanun pozuntularında təqsirləndirilirlər.