Göyçayın "komissar"ından şikayət: "Tələbə oğlumu əsgər aparmamaq üçün rüşvət istəyir"

Göyçayın

26-12-2022 23:17 / Bu xəbər 1260 dəfə oxundu

Göyçayın Müskürlü kənd sakini Mübariz İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Pərviz Feyzullayevdən şikayətçidir.

O, "Arqument.az"a ddeyir ki, xidmət rəisi ali təhsil alan tələbə oğlumu hərbi xidmətə aparmamaq üçün məndən rüşvət istəyir: "Hətta oğlumu 04 yanvar 2023-cü il tarixdə hərbi xidmətə aparmaq üçün evə bildirişdə göndərib. Belə ki, 21.09.2003-cü il tarixdə anadan olmuş oğlum Murad İbrahimov Anadolu Unversitetinin 2-ci kursunda əyani oxuyur. Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsi tərəfindən 04.01.2023-cü il tarixdə hərbi xidmətə aparılması üçün oğluma bildiriş göndərilib".
 
Mübariz İbrahimov bildirib ki, oğlunun əyani təhsil almasına dair arayışı Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinə təqdim etsə də, əhəmiyyət verilməyib: 

"Bu açıq-aşkar qanunsuzluqdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisi Pərviz Feyzullayev bizim ailəyə qarşı edir. Hansı ki oöğlumla birgə Unversitetdə oxuyan Göyçaylı tələbə var ki, 500 manat  Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisi Pərviz Feyzullayevə verdikdən sonra onu hərbi xidmətə aparmayıblar, təhsilini başa vurduqdan sonra hərbi xidmətə aparacaqlar. Mənim isə Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisi Pərviz Feyzullayevə verməyə pulum olmadığı üçün qanunsuzluqla üzləşmişəm. Mənim oğlum qanunu qaydada təhsilini başa vurduqdan sonra hərbi xidmətə aparılmalıdır".

Onun sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Pərviz Feyzullayev bir neçə aydır ki, bu vəzifəyə təyin olunub: 

"Bundan əvvəl o Şamaxı şöbəsinin rəisi vəzifəsində olub. Şamaxdan olan tanışların verdiyi məlumata görə Əli Vəliyev sağlam insanları aldığın pulun müqabilində həkim komissiyası ilə əlbir olub hərbiyə yararsız etdirib. Hansı ki, müasir tibb aparatları ilə həmin şəxslər müayinə edilərlərsə onlarda həmin xəstəliklərin mövcud olmadığı subut olunacaq. Belə yaramaz vəzifəli şəxslərin tamahına görə Azərbaycan dövlətinə,ordusuna ciddi ziyanlar dəyir".

O, ölkə başçısına müraciət edərək bu qanunsuzluğa son qoymağı xahiş edib: "Mən oğlumun hərbi xidmətə aparılmasına etiraz etmirəm, ancaq qanunla o aldığı ali təhsilini başa vurmalıdır. Sizdən xahiş edirəm şikayətimi obyektiv araşdırıb qanunu tədbir görəsiniz. Əyani qaydada ali təhsil alan tələbə övladımın qanunsuz hərbi xidmətə aparılmasının qarşısını alasınız və Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisi Pərviz Feyzullayev barədə qanunu tədbirlər görəsiniz".

"Arqument.az" şikayətlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətindən mövqe öyrənə bilməyib. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidməti yeganə qurumlardandır ki, mətbuat xidməti ictimaiyyətə açıq deyil və açıqlama verməkdən yayınır. Ümumiyyətlə, Xidmətin mətbuat xidmətinin varlığı ilə yoxluğu bilinmir.