Haaqada Azərbaycanın Ermənistana qarşı iddiasına baxılır

Haaqada Azərbaycanın Ermənistana qarşı iddiasına baxılır

18-10-2021 19:16 / Bu xəbər 309 dəfə oxundu

İddiada Ermənistanın etnik ayrı-seçkilik törətdiyi qeyd olunub

Bazar ertəsi Haaqada Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsində Azərbaycanın Ermənistana qarşı irqi ayrı-seçkiliyə dair iddiasına baxılmasına başlanılıb.

Xəbəri "Turan" yayıb.

Bildirilir ki, iddiada Ermənistana qarşı müvəqqəti təminat tədbirlərinin tətbiqinə çağırılır.

Bu barədə dinləmələrdə Azərbaycan nümayəndəsi Elnur Məmmədov bildirib.

Onun sözlərinə görə, məhkəmə iki gün davam edəcək. Bundan öncə (oktyabrın 14-15-də) həmin məhkəmə Ermənistanın Azərbaycana qarşı analoji iddiasına baxıb.

Onun qərarı bir ay yarım ərzində açıqlanacaq.

Azərbaycanın iddiasında deyilir ki, Ermənistan etnik mənşəyinə görə azərbaycanlılara qarşı ayrı-seçkilik törədib və bu gün də davam edir.