"Hakimiyyəti xalqa təhvil verib geri çəkilməlidir" - VİDEO

12-02-2016 11:54 / Bu xəbər 5260 dəfə oxundu

"Hakimiyyətdə olanların bəziləri həyasızcasına iddia edir ki, ölkədə böhran yoxdur. 

"Kimsə düşünür ki, xalq inqilab edib onlara da deyəcək, gəl sən indi bizim liderimiz ol. 

Biz heç bir müxalifət partiyasının nüfuzdan düşməsini istəmirik. 

İqtidar hakimiyyəti xalqa təhvil verib geri çəkilməlidir. 

Bizim təqdim etdiyimiz yol xəritəsi ilə həm də hakimiyyətə şans veririk. 

Hakimiyyət kiçik güzəştlər və böyük repressiyalarla böhranın qarşısını almağa çalışır və gözləyirlər ki, neftin qiyməti qalxana qədər ölkədəki vəziyyəti qoruyub saxlasınlar. 
Beynəlxalq Ticarət Təşkilatına üzv olsaq, onda Azərbaycan gərək şəffaf ölkə olsun, kömrükdə rüşvət alınmasın. 

Hakimiyyət təkcə bu 23 ildə sərvət oğurlamayıb, həm də 23 illik həyatımızı oğurlayıb. 1992-1993 cü illər Azərbaycanın müasir tarixinin ən şərəfli dövrlərindən biridir"

Arqument.Az xəbər verir ki, bu sözləri Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər "Kanal13"-ə müsahibəsində bildirib. 

Arqument.Az MSDM sədri İsa Qəmbərin Kamran Mahmudovun təqdimatında "Kanal13 TV"-nin "Aktual" verilişinə verdiyi müsahibəni təqdim edir: