"Hamımızın Kubinka kimi tanıdığı məhəllədə böyümüşəm" - Tanınmış idmançı ilə səmimi söhbət
23-06-2016 01:55 / Bu xəbər 3425 dəfə oxundu
Rauf bəy əvəl özünüz haqda qısa məlumat verərdiniz...
- Mən Yusifov Rauf Nazim oğlu 1985-ci il martın 1-i Bakı şəhərində anadan olmuşam. Ailəliyəm, bir övladım var.
İdmanla nə vaxtdan məşqulsunuz?
- Mən hamımızın Kubinka kimi tanıdığı məhəllədə böyümüşəm. Kubika da davakar uşaqları ilə seçilən bir yerdi. Mən də o uşaqlardan biri olmuşam. Elə idmana da, əsasən də döyüş növlərinə marağım ordan qaynaqlanıb. İlk dəfə 5-ci sinifdə oxuyanda getmişdim idmana. Amma peşəkar idmanla isə 1997-ci ildən məşğulam.
İlk uğurunuz hansı idi və onu necə qeyd etmişdiniz?
- İlk uğurum iki il sora Bakı birincliyi oldu. O yarışda 2-ci yerə çıxmışdım. Medal, diplom, nuncayka vədizlik deyilən bir şey olur onu vermişdilər. Mən də onu uşaqlıq dostuma hədiyyə etdim
Bəziləri rəqibə qalib gəlmək üçün özünü inandırır ki, bu mənim düşmənimdir. Buna münasibətiniz...
- Xeyr, mən düşmən deməzdim. Döyüşə çıxanda hamımız rəqibik. Fərq etmir dost ol, qardaş ol. Tatamidə kim güclüdürsə sübut edib qalib gəlməlidir. Qıraqda isə dost və qardaşıq. Düşmənə qalanda isə, bizim bir düşmənimiz var o da üzdən iraqlar. Gec tez onların da cəzasın verəcəyik. Hamımız bir əmir gözləyirik.
Eyni zamanda müəllimsiniz. Tələbələrinizdən gələcəyinə ümid bəslədiyiniz kimlər var?
- Bəli, məşqciyəm İdman Kompleksində dərs deyirəm. Tələbələrim var. Ciddi məşqul olurlar. Ümid etdiyim uşaqlar var ki, qısa müddətə məşqul olsalar da, artıq yarışlarda özlərini görsədirlər. Baxmayaraq tələbələrim var özüm də tələbəyəm. Daxili İşlər Nazirliyi İdman Cəmiyyətində Dinamo da Polis Palkovnik Leytnantı Elnur Həsənovun rəhbərliyi ilə mşq edirəm, yarışlara çıxıram.
Ailədə necə? Bacı ya qardaşlarınız sizin idmançı olmanızdan əziyyət çəkmiyib ki?
- Ailəde iki uşaq olmuşuq. Bacım və mən. İdmançı olmağım bacı üçün fəxr olunası bir haldır.
Xanım idmançılara münasibətiniz?
- Allah canların sağ eləsin (gülümsəyir)
Ailəlisiniz. Xanımınızın sənətinizə münasibəti necədir?
- Çox normal
Yəni qısqanclıq olmurmu?
-Yox, idmanda qisqanıclıq nəyə olacaq ki, tatamiyə ya əlcəyə?(gülür). Hər şey öz qaydasındadır.
Eyni zmanda qız atasısınız. Müsahibələrinizin birində demisiniz ki, "Qızım həkim olsun istəyirəm”. Niyə, atasının vurub sındırdıqların, qızı sağatlsın deyəmi?
- (gülür) Bəli bir qızım var. Allah olmayanlara da qismət eləsin. Düzdü bir dəfə demişəm ki, istəyərəm həkim olsun. Amma bu onun öz seçimidir. Hansı sənəti seçsə məndə ona dəstək olaram.
Yeni qalibiyətiniz haqda danışardınız zəhmət olmasa...
- Bildiyiniz kimi Mayin 5-9 Ukrayina Odessa şəhərində keçirilən Şotokan Karate-do üzrə Dünya kuboku yarışı baş tutdu. Mən bu yarışda agır çəkidə (84 kg yuxarı) 6 döyüş keçirdim.Bütün rəqiblərimə qalib gələrək Dünya kubokunu qazandım. Səhərisi gün keçirilən komanda görüşlərində də qalib gələrək ikinci qızıl medalı qazandım. Və vətənə iki qızıl medalla yanaşı Dünya kubokunu da gətirdim.
Gedərkən qalib olacağınıza əmin idiniz?
- Üç aydan çox idi ki, bu yarışa hazırlaşırdım. Qalib olacağıma inanırdım. Şükür, Allah əziyyətimi yerdə qoyamadı. Inşallah ardı gələr.
Qalibiyətinizi ilk kimlə bölüşdünüz?
- İlk bilən ailəm oldu, sonra dostlarım. Təbii ki, hamısı çox sevinmişdi.
Gələcək planlarınız və hədəfləriniz haqqında zəhmət olmasa.
- Baxmayaraq ki, ramazan ayıdır, çətin də olsa orcluqda məşqlərimizi davam etdir öz axarınnda. Əlhəmdulillah. Məndə bir xasiyyət var. Planlarım haqqında danışmağı heç sevmirəm. Ancaq inşallah ümid edirəm ki, çox keçməz yaxınlarda ailəmi, müəllimimi və dostlarımı yenə də sevindirərəm Allahın izni ilə.
Yüz min pul mükafatı alsanız hara xərcləyərdiniz?
- Ailəmin ehtiaclarını ödəyərəm. Daha sonra təbii ki, imkansızlara kömək borcumuzdur. Necə deyərlər əl tutmaq Əlidən qalıb.
Yeni naliyyətlərdə ilk uğurunuzu bizlə bölmək diləyi ilə.
- Məni dəvət etdiyiniz üçün çox sağolun deyirəm sizə. Saytınıza da minətdarlığımı bildirirəm. Inşallah təki bölüşəcəyimiz ancaq uğur olsun.
Safura Həsənzadə