Həkim Milli Oftalmologiya Mərkəzinin rəhbərliyini məhkəməyə verdi

Həkim Milli Oftalmologiya Mərkəzinin rəhbərliyini məhkəməyə verdi

30-07-2024 23:38 / Bu xəbər 566 dəfə oxundu

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Mikrocərrahiyə şöbəsində çalışan həkim oftalmoloq Xuraman Abbasova işdən çıxarılıb.

"Qaynarinfo"nun məlumatına görə, rəhbərliyin qərarının qanunsuz hesab edən Xuraman Abbasova işə bərpa tələbi ilə məhkəməyə müraciət edib.

Birinci instansiya məhkəməsi onun iddiasını təmin etmədiyindən apellyasiya şikayəti verib. 

İşə Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Fuad Babayev iş üzrə hakim təyin edilib.

Xuraman Abbasova katarakta cərrahiyyəsi üzrə ixtisaslaşıb. 

O, eyni zamanda kiçik elmi işçiçidir. 

Xuraman Abbasovanın hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.

Mərkəzdən Xuraman Abbasovanın işdən çıxaırlmasının səbəblərini öyrənmək mümkün olmayıb.