Həlak olanların sayı 200-ü keçib

Həlak olanların sayı 200-ü keçib

03-10-2023 11:35 / Bu xəbər 663 dəfə oxundu

Azərbaycan Müdafiə Nazirliyi (AMN) Qarabağda son hərbi əməliyyatlarda həlak olan hərbi qulluqçularının siyahısını yenilənib.

Siyahıya daha beş hərbi qulluqçunun adı əlavə edilib. Beləliklə, onların sayı 191 nəfərə çatıb.

Səhiyyə Nazirliyi sentyabrın 27-də həmin hadisələr zamanı ümumilikdə Azərbaycan tərəfdən 193 şəxsin həlak olduğunu, 512-nin isə yaralandığını açıqlamışdı. 

Həlak olanların 180-nin Müdafiə Nazirliyinin, 12-sinin daxili qoşunların hərbi qulluqçusu, bir nəfərin isə mülki şəxs olduğu deyilirdi.

Səhiyyə Nazirliyi habelə 11 nəfərin də şəxsiyyətinin müəyyən edilmədiyini vurğulamışdı. 

Sonradan siyahıya əlavə edilən 11 nəfərin də onlar olduğu deyilir.

XİN rəhbəri: Tərksilah prosesi yekunlaşıb

Azərbaycan Xarici İşlər nazir Ceyhun Bayramov deyib ki, Qarabağda qeyri-qanuni silahlı qüvvələrin tərksilah olunması yekunlaşıb: "30 illik işğal dövründən qalma qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan tərəfindən aparılan antiterror tədbirləri nəticəsində bölgədən çıxarıldığı, hazırda isə onların tərksilah prosesinin yekunlaşdığı diqqətə çatdırılıb".

Bu açıqlamaya, hələlik, Ermənistanın rəsmi qurumları və Qarabağda keçmiş tanınmayan qurumun təmsilçilərinin münasibəti bəlli deyil.

Azərbaycan 300 nəfəri axtarışa verib

Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı 300 nəfəri axtarışa verib.

Bu barədə Baş prokuror Kamran Əliyev oktyabrın 1-də açıqlama verib.

O, 103 cinayət işinin başlanıldığını bildirib: "Həmin cinayətlərin törədilməsində iştirak edən 300-dən çox şəxs axtarışa verilib".

Bu məlumata, hələlik, Ermənistanın rəsmi qurumları və başqa maraqlı tərəflərin münasibəti bəlli deyil.

Xankəndidə qeydiyyat işləri aparılır

"Azərbaycan Dövlət Miqrasiya Xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar". 

Bunu oktyabrın 1-də Prezident Administrasiyasının mətbuat xidməti bildirib.

Məlumata görə, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu Xankəndi şəhərində yerləşən keçmiş "polis" binasında aparılır.