Hərbçilər qəzada həlak olublar
16-05-2023 10:59 / Bu xəbər 679 dəfə oxundu
Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev "Mercedes" markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Məlumata görə, qəzada ölənlərin hər ikisi hərbçidir.












