Hərbi jurnalist Ağdamda saxlanılıb

Hərbi jurnalist Ağdamda saxlanılıb

21-04-2020 18:24 / Bu xəbər 1151 dəfə oxundu

Hərbi jurnalist Elgün Gəncimsoy Ağdamda saxlanılıb.

Bu barədə Miq.az-a Ağdam rayonundan məlumat verilib. 

Məlumata görə, bir necə dəqiqə bundan əvvəl Ağdam polisi jurnalisti Quzanlı qəsəbəsində maşına məcburən oturdaraq polis şöbəsinə aparıblar.

Onun hansı səbəbdən saxlanıldığı bəlli deyil. 

Yaxınları jurnalistin saxlanılmasını onun fəaliyyəti ilə əlaqələndirilər. 

Miq.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb.

DİN rəsmisi jurnalistin saxlanıldığını təsdiqləyib.