Hicran Hüseynova vəzifəsindən azad edildi

Hicran Hüseynova vəzifəsindən azad edildi

09-03-2020 15:59 / Bu xəbər 1042 dəfə oxundu

Hicran Kamran qızı Hüseynova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.

 Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, H. Hüseynova fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən deputat seçilib.

APA