İcra başçısı 1 manatlıq şirkəti yenidən qalib etdi: bu dəfə 37 min AZN köçürüləcək

İcra başçısı 1 manatlıq şirkəti yenidən qalib etdi: bu dəfə 37 min AZN köçürüləcək

23-08-2023 00:21 / Bu xəbər 531 dəfə oxundu

İyul ayında Qazax rayon icra hakimiyyəti başçısı Rəcəb Babaşovun şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi nizamnamə kapitalı 1 AZn olan "LEADS GROUP SUPPLY" MMC-ni 36 min manatlıq (36.000,13 AZN) tenderdə qalib edib.

32gun.az-ın məlumatına görə, Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi növbəti dəfə həmin şirkətlə tender müqaviləsi imzalayıb. 

Yenə eyni səbəbdən imzalanan müqavilənin qiyməti bu dəfə 37.999,54  AZN-dir.

Bildirək ki, tenderin qalibi olan "LEADS GROUP SUPPLY" MMC-nin qanuni təmsilçisi Əli Vidadi oğlu Əhmədovdur.

Şirkətin nizamnamə kapitalə isə cəmi 1 AZN-dir.