İcra başçısının qardaşı Oğuzun təbiətini məhv edir, kimsə səsini çıxarmır (Yenilənib)
13-02-2024 14:36 / Bu xəbər 854 dəfə oxundu
Oğuz Rayon İcra Hakimiyyəti icra başçısı Eyvaz Qurbanovun qardaşı Mahir Qurbanovla bağlı xəbərə reaksiya verib.
"Mahir Qurbanov Muxas-Daşağılçay qum-çınqıl yatağında qum-çınqıl hasilatı üşün 15.12.23-cü ildə AR ETSN-i yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin razılığı əsasında, qanuni qaydada hərracdan keçərək qalib elan olunub", - deyə İcra Hakimiyyəti bildirib.
****
Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun qardaşı Mahir Qurbanov təbiəti məhv edir.
Bu barədə "Qlobal.az"a verilən məlumatda deyilir.
Məlumata görə, Mahir Qurbanov Daşağıl çayında işlətdiyi qum-çınqıl karxanası çayın yatağını məhv edib.
İcra başçısı olan qardaşına arxalanan Mahir Qurbanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəfələrlə etdiyi xəbərdarlıqlara əhəmiyyət vermir.
Lisenziyasız fəaliyyət göstərən karxananın vergidən yayındığı da bildirilir.
Eyvaz Qurbanov 2011-ci ildən Oğuz rayon icra hakimiyyətinin başçısıdır.
O, 2000-ci ildən Milli Olimpiya Komitəsinin Bakı Olimpiya Kompleksinin direktoru, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub.
Qlobal.az məsələ ilə bağlı Oğuz rayon İcra Hakimiyyətindən mövqe öyrənəməyə çalışsa da, qarşı tərəf zənglərə cavab verməyib.